28 İyun 2022 16:24
494
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkmənistanın paytaxtı Aşqabadda Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşü olub.

Teleqraf.com xəbər verir ki, görüşdə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Türkmənistanın xarici siyasət idarəsinin rəhbəri Rəşid Mərədov, İranın XİN başçısı Hüseyn Əmirabdullahian və Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdi iştirak edib.

Qeyd edək ki, bu gün Türkmənistanda Xəzəryanı ölkələrin dövlət başçılarının zirvə görüşü olacaq.


Müəllif: Teleqraf.com