29 İyun 2022 16:20
648
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 29-da Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı başlayıb.

Teleqraf.com xəbər verir ki, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevi və digər dövlət başçılarını qarşılayıb.

Dövlət başçıları birgə foto çəkdiriblər.

Sonra dövlət başçılarının məhdud tərkibdə görüşü keçirilib.

Hazırda Zirvə Toplantısı çərçivəsində geniş tərkibdə görüş davam edir.

15:52

Türkmənistanın paytaxtı Aşqabadda Xəzəryanı ölkələrin dövlət başçılarının VI sammiti başlayıb.

Teleqraf.com xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev də zirvə toplantısında iştirak edir.

İclasda Xəzər regionunda əməkdaşlıq və təhlükəsizlik məsələləri müzakirə olunacaq. Eyni zamanda sammit çərçivəsində dövlət başçılarının ikitərəfli görüşləri nəzərdə tutulub.

10:20

Bu gün Türkmənistanın paytaxtı Aşqabadda Xəzəryanı ölkələrin dövlət başçılarının VI sammiti keçiriləcək.

Teleqraf.com xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev zirvə toplantısında iştirak edəcək.

İclasda Xəzər regionunda əməkdaşlıq və təhlükəsizlik məsələləri müzakirə olunacaq. Eyni zamanda sammit çərçivəsində dövlət başçılarının ikitərəfli görüşləri nəzərdə tutulub.

Qeyd edək ki, iclasda Zirvəyə ev sahibliyi edən Türkmənistanın Prezidenti Sərdar Berdıməhəmmədov yanaşı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Rusiya Prezidenti Vladimir Putin və İranın dövlət başçısı İbrahim rəisi iştirak edəcək.

Xatırladaq ki, ötən gün Aşqabadda Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşü olub.


Müəllif: Teleqraf.com