30 İyun 2022 02:05
785
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bizim münasibətimiz çox yaxşı vəziyyətdədir. Razılaşdığımız hər şey yerinə yetirilir. Lakin ən vacibi planlarımızın, daha dəqiq desək, 2024-cü ilə qədər olan birgə planımızın (Rusiya-Azərbaycan əməkdaşlığı) həyata keçirilməsidir. Hər şey irəli gedir”.

Teleqraf.com xəbər verir ki, bunları Rusiya Prezidenti Vladimir Putin deyib.

Rusiya Prezidenti Azərbaycanla ticarət dövriyyəsinin artdığını açıqlayıb. “Ticarət dövriyyəsi artır. Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 2021-ci ildə 16 faizdən çox, 2022-ci ilin ilk üç ayında isə təxminən 5,5 faiz artıb”, - dövlət başçısı vurğulayıb.

Putin Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana son səfərini də xatırladıb.


Müəllif: Teleqraf.com