4 İyul 15:03
235
12 Punto 14 Punto 16 Punto 18 Punto

“3+3” platformasının növbəti iclası İranın paytaxtı Tehranda keçiriləcək.

Teleqraf.com xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian iyulun 4-də azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib.

Xatırladaq ki, “3+3” regional məşvərət platformasının birinci iclası Azərbaycan, Ermənistan, Rusiya, Türkiyə xarici işlər nazirləri müavinlərinin, İran XİN Baş direktorunun sədrliyi ilə 2021-ci il dekabr ayında Moskva şəhərində keçirilib. Gürcüstan Xarici İşlər Nazirliyi bu platformada iştirak etməyəcəyini bildirmişdi.

Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İranda rəsmi səfərdədir.


Müəllif: Teleqraf.com