4 İyul 2022 15:46
567
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Şərqi Zəngəzuru və Naxçıvanı birləşdirəcək ilk körpünün tikintisinə yaxın zamanda başlanacaq”.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir-Abdullahian ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

Nazirin sözlərinə görə, ilk körpünün texniki göstəriciləri artıq razılaşdırılıb və tezliklə tikinti işlərinə başlanılacaq.

“Biz həmçinin İranın regional formatlar, o cümlədən “3+3” mexanizmi çərçivəsində iştiraka və əməkdaşlığa konstruktiv mövqeyini alqışlayırıq. Yaxın gələcəkdə, “3+3” mexanizmi çərçivcəsində növbəti görüşə məhz İran ev sahibliyi edəcək”, - Azərbaycanın XİN rəhbəri bildirib.


Müəllif: Teleqraf.com