6 İyul 2022 20:44
421
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Gürcüstan sülh naminə dialoqu təşviq etmək məqsədilə Azərbaycan və Ermənistan parlamentləri üzvlərinin Tbilisidə görüşünü təşkil etməyə hazırdır”.

Teleqraf.com xəbər verir ki, bunu Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze Böyük Britaniyanın Birminqem şəhərində keçirilən ATƏT Parlament Assambleyasının (PA) sessiyasının son iclasında çıxışında deyib.

Cənubi Qafqazda sabitlik və əmin-amanlığın əhəmiyyətindən danışan komitə sədri bölgədə sülhün təmin olunmasında Gürcüstanın sabitləşdirici rol oynamağa hazırlığını ifadə edib.

“Sülh dialoqunun təşviqi məqsədilə azərbaycanlı və erməni həmkarlamızı Tbilisidə qəbul etməyə hazırıq”, - o deyib.

Qeyd edək ki, N.Samxaradze Gürcüstanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəridir. O, PA-nın sessiyası çərçivəsində qurumun Demokratiya, İnsan haqları və Humanitar məsələlər üzrə Komitəsinin sədri seçilib


Müəllif: Mənbə/Report