23 İyul 2022 18:00
1 093
12 Punto 14 Punto 16 Punto 18 Punto

30 illik işğala Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə güclü Ordumuz son qoydu. Erməni işğalçıları topaqlarımızdan qovuldu. Azərbaycan özünün dünya birliyi tərəfindən qəbul edilən ərazi bütövlüyünü təmin etdi. Artıq Böyük Qayıdış başlayıb. 30 ilə yaxın öz yurd-yuvalarından didərgin salınmış soydaşlarımız doğma torpaqlarına geri dönür. Qısa zamanda işğaldan azad edilən ərazilərdə yüksək səviyyəli infrastruktur layihələri icra edilib. Müasir innovasiyaları özündə birləşdirən yaşayış məntəqələri salınır.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Cavid Osmanov deyib

Deputat Zəngilan rayonu Ağalı kəndində ölkəmizdə tətbiq edilən “ağıllı kənd” konsepsiyasına uyğun olaraq salınan innovativ yaşayış məntəqəsindən bəhs edib: “Ağalıda “ağıllı kənd” layihəsi uğurla icra edildi. İnsanların daha müasir və ekoloji cəhətdən təmiz evlərdə yaşaması üçün məhz bu konsepsiya reallaşdı”.

Millət vəkili deyib ki, artıq Ağalıda həyat canlanır və insanlar öz ata-baba yurdlarında daha rahat, təhlükəsiz, əbədi yaşamaq üçün geri dönüb: “Bu Böyük Qayıdışın növbəti mərhələsidir. Xalqımız bu anları on illərlə gözlədi. Nəhayət, düşmən torpaqlarımızdan qovuldu. Biz Qarabağa qayıtmışıq. Dövlətimiz bu gün Qarabağın hər bir güşəsində böyük quruculuq-abadlıq işləri icra edir. Yaxın gələcəkdə bu bölgə cənnət məkan bir diyara çevriləcək. Amma biz xalq olaraq erməni vandalizmini, onların xalqımızın başına gətirdiyi müsibətləri, ərazimizə, tariximizə qarşı olan barbarlığını unutmamalıyıq”.

Cavid Osmanov bildirib ki, bu gün Ağalıdakı evlərdə yanan işıqlar heç vaxt sönməyəcək, əbədi olaraq yanacaq: “Çünki bu torpaqların əsl sahibləri artıq öz yurdlarındadır. Biz xoşbəxtik ki, bu tarixi günləri gördük. Qürurluyuq düşmən üzərindən qələbə qazanmışıq və bizə məxsus olanlaar sahib çıxmışıq. Xalqımız, dövlətimiz, Ali Baş Komandanımız, Güclü Ordumuz var olsun”.


Müəllif: Tapdıq Qurbanlı