30 İyul 2022 11:55
645
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Baş naziri Əli Əsədov Gürcüstanın Baş naziri İrakli Qaribaşviliyə başsağlığı məktubu ünvanlayıb.

Bu barədə Teleqraf.com-a Nazirlər Kabinetindən məlumat verilib.

Ə.Əsədov Gürcüstanın Qudauri bölgəsində baş vermiş helikopter qəzası nəticəsində insan tələfatı xəbərindən kədərləndiyini bildirib, faciə ilə əlaqədar Baş nazir İ.Qaribaşviliyə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.


Müəllif: Teleqraf.com