14 Avqust 2022 08:05
705
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer Amerikanın Rusiya və Çinlə müharibə astanasında olduğunu deyib.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, Kissencer hadisələrin mümkün inkişafında məsuliyyətin bir hissəsinin Vaşinqtonun üzərinə düşdüyünü açıqlayıb.

Onun sözlərinə görə, Amerika hakimiyyətinin bu vəziyyətdə edə biləcəyi yeganə şey gərginliyi artırmaq deyil, vəziyyəti həll etmək üçün variantlar axtarmaqdır.

"Biz qismən yaratdığımız məsələlərlə bağlı Rusiya və Çinlə müharibənin astanasındayıq, bunun necə bitəcəyi və hara aparacağı barədə heç bir fikir yoxdur"- keçmiş dövlət katibi qeyd edib.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər