“Azərbaycan və Liviya başda olmaqla dost, qardaş və müttəfiqlərimizin haqlı mübarizəsinə dəstək verməyə, regional və qlobal sülhə töhfə verməyə davam edəcəyik”.
Teleqraf.com xəbər verir ki, bunu ölkənin milli müdafiə naziri Hulusi Akar deyib.
“Silahlı Qüvvələrimiz daxildə və sərhədlərdən kənarda FETÖ, PKK/YPG, İŞİD kimi terror təşkilatlarına qarşı mübarizə aparmaqdadır. Əldə etdiyimiz uğurlarda ən böyük ilham mənbəyimiz şəhid və qazilərimizin fədakarlıqları, millətimizin sevgisi, inamı, duasıdır”, - o bildirib.