Azərbaycanın Baş naziri Əli Əsədov avqustun 25-də Qırğız Respublikasına işgüzar səfəri çərçivəsində Çolpon-Ata şəhərində Belarusun Baş naziri Roman Qolovçenko ilə görüşüb.
Bu barədə Teleqraf.com-a Nazirlər kabinetindən məlumat verilib.
Görüşdə Azərbaycanla Belarus arasında müxtəlif sahələrdə əlaqələrin inkişafından məmnunluq ifadə edilib.
Həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.