Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan Ordusunun Laçın şəhərinə daxil olması ilə bağlı bəyanat yayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə XİN-dən məlumat verilib.
Bəyanatda deyilir:
"26 avqust 2022-ci il Laçın şəhərinin və Zabuh və Sus kəndlərinin Azərbaycana qaytarılması haqqında 9 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyannamədə ifadə olunan məsələlərə uyğun olaraq davam edən proseslər çərçivəsində Laçın şəhərinin, həmçinin Zabux və Sus yaşayış məntəqələrinin bu gün Azərbaycana qaytarılmasından məmnunluğumuzu ifadə edirik"
Həmçinin qeyd olunub ki, bu hadisə həm Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması, regional normallaşma istiqamətində mühüm addım hesab olunur :
"Bu addım eləcə də, Azərbaycan-Ermənistan münasibətlərinə töhfə verəcək. Türkiyə indiyə qədər olduğu kimi, qardaş Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləməyə davam edəcək"