Bu gün Şuşada Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, minalardan təmizlənməsi, münaqişədən sonrakı dövrdə şəhərsalma potensialından istifadə və beynəlxalq əməkdaşlıq imkanlarına həsr olunmuş konfrans öz işinə başlayıb.
Teleqraf.com xəbər verir ki, konfransda 60-dan çox ölkədən və 19 beynəlxalq təşkilatdan 100-dən çox diplomat və hərbi nümayəndə iştirak edir.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Azərbaycan dövləti Qarabağı çiçəklənən vəziyyətə qaytarmağı qarşısına vəzifə qoyub.
“Azərbaycanlılar, təxminən, 30 il əvvəl oranı tərk edərək xoşbəxt həyatlarından məhrum olmuş, məcburi köçkünə çevrilmişdilər”- Hikmət Hacıyev qeyd edib.