"Azərbaycan və Türkiyə Ermənistanla normallaşma prosesi üçün çalışır"
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şuşada keçirilən konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycan və Türkiyə regionda sülhün hökm sürməsini istəyir və bu istiqamətdə səylə çalışır.
“Məhz bu səbəbdən Ermənistana əl uzadılıb. Hər iki ölkə normallaşma prosesi üçün çalışır və Ermənistan üçün yaxşı tərəfdaş ola bilər”, - deyə Hacıyev qeyd edib.