30 Avqust 2022 14:43
531
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı (Aİ) Şurasının sədri Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın görüşünə hazırlıq barədə paylaşım edib.

Teleqraf.com xəbər verir ki, o öz tviter səhifəsində görüşdən əvvəl hər iki liderlə danışacağını vurğulayıb.

“Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri ilə sabah Brüsseldə keçiriləcək dördüncü görüşdən əvvəl bu gün hazırlıq zəngləri olacaq”, - deyə Mişel yazıb.

Qeyd edək ki, Aİ-nin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin görüşü sabah Brüsseldə baş tutacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər