7 Sentyabr 2022 19:00
1 115
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Paşinyanın Rusiya səfərini mən daha çox qorxu ilə əlaqələndirərdim. Məsələn, Ruben Vardanyan, habelə Karen Karapetyan Rusiyadan Ermənistana qayıdır. Bu o deməkdir ki, Ermənistandakı keçmiş cinayətkarların siyasi perspektivi və uğuruna Rusiyada inam itib. Odur ki, hansısa yeni oyunçular ortaya çıxıb. Nikol Paşinyan da tələsmək istəmir, gözləyir ki, Ukrayna böhranı nə ilə bitəcək. Çünki indi istənilən istiqamətə hərəkət onun üçün risklidir”.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Ermənistan baş nazirinin Rusiya səfərini şərh edərkən bildirib.

Mollazadə qeyd edib ki, Paşinyan Rusiyaya özünün etibarlı ola biləcəyini nümayiş etdirir: “Mənə elə gəlir ki, Rusiyada yeganə düşüncə var ki, heç bir halda Ermənistan onların nəzarətindən çıxmamalıdır”.

Onun sözlərinə görə, Ermənistan hazırda bütün imkanlardan istifadə edərək Azərbaycanla məsələləri uzatmağa çalışır:

“Onlar indi qərar verməyə hazır deyillər. Bilmirlər ki, dünya hansı tərəfə gedəcək. Bunun üçün də Ukraynadakı müharibənin nəticələrini gözləyirlər”.


Müəllif: Nemət

Oxşar xəbərlər