14 Sentyabr 2022 16:12
1 208
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Dövlət Dumasının deputatı, hakim Vahid Rusiya Partiyasının üzvü Konstantin Zatulin hər zaman Azərbaycana qarşı qərəzli mövqedən çıxış etməsi ilə yadda qalır. O, Ermənistana, hətta işğal dövründə Ermənistanın özünün tanımadığı qondarma rejimə belə açıq dəstəyini nümayiş etdirir. Zatulin o qədər irəli gedir ki, görünür, erməni lobbisi tərəfindən daha çox bəsləndikcə, hətta öz ölkəsinin prezidentinin əleyhinə bəyanatlar verməkdən belə çəkinmir. Rusiya Prezidenti Vladimir Putinin Qarabağı beynəlxalq hüquq və normalara uyğun olaraq Azərbaycanın tarixi torpaqları kimi tanıdığı bir məqamda Zatulin bunu inkar edir. Baxmayaraq ki, o, eyni zamanda hakim partiyanın üzvüdür, amma bu ərazilərdə məhz ermənilərin yaşamalı olduğunu dəfələrlə vurğulayır.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Deputat hesab edir ki, Zatulin erməni lobbisindən bəslənərək açıq şəkildə bütün beynəlxalq hüquq və normaları pozur:

“O, qanunvericilik orqanının üzvü olmasına baxmayaraq, bütün qanunların üzərindən xətt çəkib qondarma rejimin rəhbərliyinə məktub ünvanlayır, onları sentyabrın 1-də “respublika günü” münasibətilə təbrik etməyi də özünə borc bilir. Zatulinin simasında qərəzli mövqedən çıxış edən belə adamlar elə Rusiyanın özü tərəfdən cəzalandırılmadıqca daha da hədlərini aşmağa davam edirlər. O, məktubunda açıq şəkildə qondarma rejimi təbrik edərək həmin ərazilərdə olan ermənilərin yanında olduğunu vurğulayır. Zatulinin, yəqin yadından çıxıb ki, onun ölkəsinin rəhbəri bu ərazilərin beynəlxalq hüquq və normalar çərçivəsində Azərbaycanın tarixi torpaqları olduğunu qeyd edir”.

Cavid Osmanova görə, Zatulin bu addımı ilə ilk növbədə öz ölkəsinin rəhbərinin iradəsinə, digər tərəfdən, bölgədə sülh və əminamanlığa qarşı çıxır:

“O, qarşıdurmanın daha da alovlanmasına zəmin yaratmaq niyyəti güdür. Heç bir dünya ölkəsi, beynəlxalq təşkilatlar, o cümlədən Ermənistanın özü tərəfindən tanınmayan qondarma rejimə məktub ünvanlayan Zatulinə rəsmi Kreml tərəfindən ciddi cəza tətbiq edilməlidir. Eyni zamanda hakim Vahid Rusiya Partiyası tərəfindən Zatulin tənbeh olunmalıdır. Çünki qanunvericilik orqanının deputatının belə addım atması cəzasız qala bilməz. Zatulin bununla terrorçuluğu, ekstremizmi dəstəklədiyini açıq şəkildə nümayiş etdirmiş oldu. Bu da beynəlxalq hüququn kobudcasına pozulması deməkdir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər