14 Sentyabr 2022 18:23
345
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ermənistanın təxribatları liderlər arasında üçtərəfli bəyanatların və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycanla Ermənistan liderləri arasında razılıqların kobud pozuntusudur".

Teleqraf.com xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar görüşündə deyib.

C.Bayramov son günlərdə Ermənistan tərəfindən sərhədyanı bölgələrdə təxribatlar törədildiyi, Ermənistanın hücumları nəticəsində hərbi qulluqçularımızın şəhid olması faktını qarşı tərəfin diqqətinə çatdırıb.

Azərbaycan Silahlı Qüvvələrinin cavab tədbirləri çərçivəsində yalnız hərbi obyektlərin hədəf alındığını vurğulanıb.

Ermənistan tərəfinin bu təxribatlarının liderlər arasında üçtərəfli bəyanatların və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycanla Ermənistan liderləri arasında razılıqların kobud pozuntusu olduğunu və vasitəçilik səylərinə xələl gətirdiyini bildirib.

Ermənistan tərəfinin öhdəliklərinə zidd olaraq indiyə qədər erməni silahlı birləşmələrini Azərbaycan ərazilərindən tam çıxarılmadığını və bunun yolverilməz olduğunu vurğulayıb.

Beynəlxalq çağırışlara baxmayaraq, Ermənistan tərəfi əldə edilmiş atəşkəs razılığını pozduğu, Azərbaycan tərəfindən humanitar atəşkəs niyyətinin elan edilməsinə baxmayaraq mövqelərimizə hücum etməkdə davam etdiyi diqqətə çatdırılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər