“Revanşizm ideyaları gənc günahsız həyatlara son qoyur”.
Teleqraf.com xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Ermənistan – Azərbaycan sərhədində son günlər baş verən hadisələrə münasibət bildirərkən deyib.
O, bu barədə “Twitter” hesabında yazıb:
“Allah şəhidlərimizə rəhmət eləsin! Ermənistanda həqiqi sülh tərəfdarları çoxluq təşkil etməyənə qədər region daim müharibə təhlükəsi altında qalacaq. Revanşizm ideyaları gənc günahsız həyatlara son qoyur! Ermənistan artıq yuxulardan ayılmalıdır!”