15 Sentyabr 2022 20:56
843
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan nümayəndəsinin BMT-nin Təhlükəsizllik Şurasındakı bəyanatı ölkəsinin öz öhdəliklərindən həm ritorikada, həm də fəaliyyətdə qaçmaq cəhdlərini ört-basdır etmək məqsədi daşıyır.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev BMT TŞ-nin iclasında deyib.

“Biz Ermənistan nümayəndəsinin irəli sürdüyü ittihamları qəti şəkildə rədd edirik. Tamamilə uydurmalardan, təhriflər və aldatmalardan ibarət olan bu ittihamlar Ermənistanın öz beynəlxalq öhdəliklərini yerinə yetirməkdən, regionumuzda sülh, sabitlik və əməkdaşlığa təşviqdən nə qədər uzaq olduğunu nümayiş etdirir. Azərbaycana qarşı təcavüz həyata keçirən, ölkəmin suveren ərazisini təxminən 30 il işğal altında saxlayan, geniş miqyasda etnik təmizləmə aparan və müharibə dövründə digər iyrənc cinayətlər törədən Ermənistan kimi bir ölkənin indi həvəslə özünün davamlı olaraq pozduğu norma və prinsiplərdən danışması və sonsuz toxunulmazlıq ümidi ilə qətnamələrini icra etməkdən imtina etdiyi BMT TŞ-yə müraciət etməsi ironikdir”, - Yaşar Əliyev deyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər