Azərbaycan-Ermənistan sərhədində erməni təxribatı nəticəsində şəhid olan qəhrəmanlara uca Allahdan rəhmət diləyirəm. Azərbaycan xalqına, şəhid ailələrinə başsağlığı verirəm. Biz sona qədər qardaş Azərbaycanın yanındayıq.
Bunu Teleqraf.com-a Ankara Universitetinin rektoru, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun keçmiş rəhbəri Necdet Ünüvar bildirib.
Rektor Azərbaycanın suverenliyi və bütövlüyünün bütün tarixi torpaqlarda tamamilə bərpa olunacağına da əmin olduğunu söyləyib: “Hər zaman Azərbaycanın haqlı davasının yanındayıq. Dünən də Azərbaycanın yanında olmuşuq, bu gün də yanındayıq, sabah da yanında olacağıq”.