16 Sentyabr 2022 21:11
620
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İkitərəfli əlaqələr və regiondakı vəziyyətlə bağlı fikir mübadiləsi apardıq. Təbii ki, Rusiya ilə Azərbaycan arasında həm ticarətin, həm də investisiyaların həcminin artdığını qeyd etmək lazımdır”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.

Rusiya lideri qeyd edib ki, iki ölkə arasında əməkdaşlıq müxtəlif nazirliklər, idarələr və parlamentlər vasitəsilə davam edir.

V.Putin Azərbaycan-Ermənistan sərhədindəki gərginliyə də toxunub: “Yaxşı ki, koordinasiyalı səylərlə eskalasiya dayandırıldı. Sizinlə görüşmək və bütün bu mühüm məsələlər barədə danışmaq fürsəti əldə etdiyim üçün çox şadam”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər