17 Sentyabr 2022 20:11
1 060
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Konqresində Ermənistanın təxribatlarına dair faktlar nümayiş etdirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim Tvitter hesabında yazıb.

“ABŞ Konqresində şəkillər və video görüntülər öz sözünü dedi. Foto və videomateriallarda Azərbaycan şəhərlərinin Ermənistan tərəfindən dağıdılması və mülki insanları öldürmək üçün yerləşdirilmiş minaların basdırılması əks olunub”, - diplomat vurğulayıb.

Səfir ABŞ Nümayəndələr Palatasının spikeri, hazırda İrəvanda olan Nensi Pelosinin bu xarabalıqları ziyarət etmək və Ermənistan tərəfində törədilən cinayətlərə şahid olmaq istəmədiyini bildirib:

“Və siz sabit və təhlükəsiz Qafqaza çağırırsınız?! İnsanlar sözlərə deyil, əməllərə inanır!”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər