18 Sentyabr 2022 19:36
845
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Ermənistana səfəri ABŞ-ın daxili siyasi gündəmilə və oradakı erməni lobbisinə yaxınlığı ilə bağlıdır.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı sabiq səfiri Riçard Kozlariç BBC-yə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Kaliforniyada çoxlu erməni seçici yaşayır: "Bütün hallarda Pelosinin İrəvana səfərin vaxtı düzgün seçilməyib. Ermənistan və Azərbaycan arasında son döyüşlər bir neçə yüz erməni və azərbaycanlının həlak olması ilə nəticələnib - bu faciə Ermənistan və Azərbaycan arasında başlayan kövrək sülh prosesini geriyə çəkdi. Səfərin mediada işıqlandırılması vaxtı anti-Azərbaycan ritorikasını nəzərə alsaq, bu, diplomatik prosesin bərpasını çətinləşdirəcək".

Kozlariçin sözlərinə görə Pelosinin Bakıya səfəri onun seçicilərinin xoşuna gəlməzdi: "Rəsmi Bakının onu dəvət edəcəyinə şübhə edirəm. Bu səfər nə Ermənistanın, nə də Azərbaycanın Rusiya ilə müttəfiq statusu baxımından heç nəyi dəyişrmir".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər