Azərbaycan, Ermənistan və ABŞ xarici siyasət idarələrinin rəhbərləri Ceyhun Bayramov, Ararat Mirzoyan və Entoni Blinken arasında üçtərəfli görüş olacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüş rəsmi Vaşinqtonun təşəbbüsü ilə ABŞ-ın Nyu-York şəhərində keçiriləcək.
Xatırladaq ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT Baş Assambleyasının 77-ci sessiyasında iştirak etmək üçün ABŞ-ın Nyu-York şəhərinə yola düşüb.