20 Sentyabr 2022 22:25
713
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidentinin köməkçisi, Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tanınmış ekspert Arye Qutun vəfatı ilə bağlı paylaşım edib.

Teleqraf.com xəbər verir ki, Hikmət Hacıyev tvitter hesabında tanınmış ekspertin vəfatı ilə bağlı başsağlığı verib.

“Əziz dost Arye Rəşid Qut, Allah sənə rəhmət eləsin! Ailə üzvlərinə Allah səbr versin! Azərbaycanın haqq mübarizəsində usanmadan çalışdın. Təsəllimiz odur ki, Şuşanı və azad Qarabağı görmək bu yay sənə qismət oldu”,-Hikmət Hacıyev paylaşımında yazıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər