23 Sentyabr 2022 22:54
1 313
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İran Sərhəd Mühafizəsi Orqanlarının Xudafərin rayonu ərazisində terrorçu qrupun müəyyən edilərək həbs olunmasına dair bugünkü bəyanatının Azərbaycan-İran dövlət sərhədinə heç bir aidiyyəti yoxdur".

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva jurnalistlərə müsahibəsində deyib.

O bildirib ki, Azərbaycan-İran dövlət sərhədi dostluq və əməkdaşlıq sərhədi kimi tanınır.

"Azərbaycan və İran sərhədçiləri arasında qarşılıqlı faydalı əməkdaşlıq təcrübəsi nümunəvidir. Ara-sıra baş verən sərhəd pozuntusu və qaçaqmalçılıq halları yerlərdəki komandirlər arasında birbaşa təmaslar çərçivəsində tənzimlənir",- XİN rəsmisi bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər