24 Sentyabr 2022 13:01
382
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatları, Azərbaycan-Xorvatiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Könül Nurullayeva, qrupun üzvləri Eldar Quliyev və Kamran Bayramov Xorvatiya-Azərbaycan parlamentlərarası dostluq qrupu rəhbərinin dəvəti ilə sentyabrın 25-də Xorvatiyanın Zaqreb şəhərinə səfər edəcək.

Teleqraf.com xəbər verir ki, səfər çərçivəsində deputatlarımızın parlamentin sədr müavini, Xorvatiya-Azərbaycan parlamentlərarası dostluq qrupu və komitə sədrləri ilə görüşləri nəzərdə tutulub.

Görüşlərdə qarşılıqlı parlamentlərarası əlaqələrin inkişafı və ikitərəfli münasibətlərin perspektivləri barədə fikir mübadiləsi aparılacaq.

Səfər sentyabrın 28-də başa çatacaq.


Müəllif: Nemət

Oxşar xəbərlər