26 Sentyabr 2022 21:44
651
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Əli Həsənov və qulbeçələri külli miqdarda pul xərcləyib ölkə daxilində və xaricdə total anti-Musavat təbliğatı aparanda Tofiq Yaqublu, Yadigar Sadıxov və bir çox başqa tanınmış musavatçılar özlərini ləyaqətli apara bilmədilər, "Musavat arayış satıb" xoruna qoşularaq böhtan kampaniyasının fiqurantlarına çevrildilər. O prosesdə çoxları özünü yandırdı. Onlardan biri də guya cinsi azlıq kimi Azərbaycanda hüquqları pozulduğunu bəhanə edərək Amerikada yerləşən bədnam ANS -cidir. Vaxtılə çox yaxın münasibətlərdə olduğum Elman Fəttah həmin bu bədnam ANS-çiyə müsahibə verərək Azərbaycanı 12-13 sentyabr döyüşlərinə görə borclu çıxarır, açıq-aşkar ermənilərin dəyirmanına su tökür".

Teleqraf.com xəbər verir ki, bu sözləri Əhrar Partiyasının sədri, Müsavat başqanı Arif Hacılının qardaşı Vaqif Hacıbəyli özünün feysbuk səhifəsində bildirib.

Onun sözlərinə görə, hazırda qrant dəllallarının mütləq əksəriyyəti həşirlə Azərbaycanı beynəlxalq aləmdə az qala təcavüzkar kimi qələmə verir, Elman Fəttah da olsun onlardan biridir: "Mən bu bayağı və çeynənmiş "paşinyançı" mövqeyə münasibət bildirməyi lazım bilmirəm. Hamı nə baş verdiyini çox gözəl başa düşür. Həmin müsahibədə Musavata və İsa Qəmbərə ünvanlanan iftiralara isə hər halda münasibət bildirməyi vacib saydım. Elman görünür, "bədnam" aparıcı ilə əvvəlcədən razılaşaraq müsahibənin sonunda onun tərəfindən müsahibədə müzakirə edilən mövzuya heç bir dəxli olmadan verilən suala cavabında açıq -aşkar Musavata, İsa Qəmbərə "daş atır". Elman Fəttahın mülahizəsinə görə Musavat İsa Qəmbər tərəfindən dağıdılır, məhv edilirmiş. Guya bu səbəbdən bir çox partiyalar inkişaf edib Musavatı ötüb keçiblər. Əvvəla, İsa Qəmbər çamur atmadan da gündəmə gələ bilərdin. Görünən odur ki, məqsəd bu olub. İsa Qəmbər hansı əməli ilə Musavatı "məhv edib". Musavatda keçirilən demokratik seçkiləri nüfuzdan salmaq üçün ləyaqətsizcəsinə faktları təhrif edən, hər fürsətdə Musavata ləkə vurmağa çalışan bəzi namərdləri müdafiə etmədiyi üçünmü? Musavatı ötüb keçən hansı partiyadır? Əgər YAP-ı nəzərdə tutursansa, onda sənə daha heç bir sözüm yoxdur. AXCP-ni nəzərdə tutursansa, yanılırsan. AXCP əslində siyasi proseslərə təsir etmək gücünü tam itirib. Bu reallıqdır. Azərbaycanda siyasi partiya kimi fəaliyyət göstərən, nizamnamə prinsiplərinə əməl edən yeganə partiya məhz Musavatdır. Bu gün siyasi şərait dəyişsə, mövcud iqtidara alternativ kimi ortaya çıxa və geniş xalq kütlələri tərəfindən dəstəklənə biləcək lider isə İsa Qəmbərdi. İsa Qəmbərə və Musavata olan hücumlar da bununla bağlıdır. Təəssüflər olsun ki, bir vaxtlar simpatiya ilə yanaşdığım Elman Fəttah bu murdar prosesdə yer alıb".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər