Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə İjevsk şəhərində 88 saylı məktəbdə atışma nəticəsində insanların ölümü ilə bağlı başsağlığı verib.
Teleqraf.com Azərbaycanın dövlət başçısının mətbuat xidmətinə istinadən xəbər verir ki, məktubda deyilir:
Hörmətli Vladimir Vladimiroviç,
İjevsk şəhərindəki 88 saylı məktəbdə atışma nəticəsində uşaqların və yaşlıların həlak olması xəbəri məni dərindən sarsıtdı.
Sizə, həlak olanların doğmalarına və yaxınlarına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, yaralıların hamısına tezliklə sağalmalarını arzu edirəm.