29 Sentyabr 2022 09:30
840
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu məsələ onsuz da dünya siyasi dairələrinin nəzərindədir. Çünki Azərbaycan elə bir strateji nöqtədədir ki, hamının bu regionda maraqları var. Çindən başlamış Amerikaya qədər. İranın son dövürlər bəyanatlarını da müşahidə etmisiniz. Yəni bura həssas nöqtədir. Bəli, Amerika və Avropa burada müharibənin qızışmasını istəmir. Niyə? Çünki onda Rusiya-Ukrayna müharibəsi arxa plana keçir. Bu isə onlara sərf etmir”.

Bu fikirləri Teleqraf.com-a professor Firudin Cəlilov ABŞ-ın Azərbaycan və Ermənistan arasında artan vasitəçilik missiyasının səbəblərinə toxunarkən bildirib.

Firudin Cəlilov əlavə edib ki, əgər Amerika bu məsələdə səmimi mövqedən çıxış edirsə, vasitəçiliyinin heç bir ziyanı yoxdur.

Onun sözlərinə görə, xoşniyyətli təşəbbüslərin heç vaxt ziyanı olmaz: “Yox, əgər söhbət oyun oynamaqdan, prosesi uzatmaqdan gedirsə, bu, bizə lazım deyil”.

Professor Amerikanın Ermənistan-Azərbaycan münaqişəsinin ilk dövrlərində ermənipərəst mövqedə durduğunu xatırladıb və bu elementi nəzərdən qaçırmamağı vacib sayıb: “Amerikanların tərəfkeşliyi də var. Açıq ermənipərəst mövqedən də çıxış edirlər. Bu ola bilsin ki, ABŞ daxili siyasi proseslərindən doğur. Orada erməni diasporası var, fəaldır. Amma iş dövlətlərarası məsələlərə gəldikdə tərəfkeşlik keçməz”.


Müəllif: Nemət

Oxşar xəbərlər