Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın və ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan İstanbulda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələsini müzakirə ediblər.
Teleqraf.com-un məlumatına görə, bu barədə Ağ Evin mətbuat xidməti xəbər verib.
"Onlar, həmçinin regional təhlükəsizlik məsələləri, o cümlədən Ermənistan və Azərbaycan arasında sülh danışıqlarına dəstək, Şərqi Aralıq dənizində hər hansı fikir ayrılığının həlli üçün dialoq və diplomatiyanın vacibliyi, Finlandiya və İsveçin NATO-ya üzvlük istiqamətində irəliləyişi müzakirə ediblər", - deyə bildirilib.