4 Oktyabr 2022 23:56
433
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin sədri Sahibə Qafarova “Böyük İyirmilik” ölkələrinin Parlament Sədrlərinin 8-ci Sammitində iştirak etmək üçün oktyabrın 4-də İndoneziyanın paytaxtı Cakarta şəhərinə səfərə gəlib.

Teleqraf.com xəbər verir ki, Cakarta Sukarno-Hatta Beynəlxalq Hava Limanında Azərbaycan parlamentinin sədrini ölkəmizin İndoneziya Respublikasındakı səfiri Cəlal Mirzəyev və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində Sahibə Qafarova Böyük İyirmilik” ölkələrinin Parlament Sədrlərinin 8-ci Sammitinin tədbirlərinə qatılacaq, sessiyalarda çıxış edəcək və sammitdə iştirak edən ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşlər keçirəcək.

Görüşlərdə parlamentlərarası əməkdaşlığın genişləndirilməsi və digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.


Müəllif: Teleqraf.com