5 Oktyabr 2022 08:18
321
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Edillidə aşkar edilmiş kütləvi məzarlıqla bağlı paylaşım edib.

Teleqraf. com-un xəbərinə görə, paylaşımda deyilir:

“Edilli kəndində 1-ci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən işgəncələrə məruz qalaraq öldürülmüş Azərbaycan hərbçilərinin kütləvi məzarlığı tapılıb. Edilli Ermənistan tərəfindən azərbaycanlı girovlar üçün həbs düşərgəsi kimi istifadə edilib. 4000 azərbaycanlı hərbçi və mülki vətəndaş itkin düşmüş olaraq qalır. Ermənistan kütləvi məzarlıqların yerlərini göstərməkdən imtina edir”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər