5 Oktyabr 2022 15:00
767
12 Punto 14 Punto 16 Punto 18 Punto

Regionda yaranmış yeni situasiya sülhü, təhlükəsizliyi və qarşılıqlı əməkdaşlığı özündə ehtiva edir. II Qarabağ müharibəsindən sonra bölgədəki dövlətlərin daha sıx təmasları üçün mühüm tarixi şərait formalaşıb. İran tərəfi regionda əmin-amanlığın tərəfdarı olduğunu açıqlayıb. Amma biz buna aid olan məsələlərdə bir çox hallarda fərqli mövqelər də müşahidə edirik.

Bunu Teleqraf.com-a hərbi ekspert Üzeyir Cəfərov deyib.

O qeyd edib ki, İranın SQ-nin Baş Qərargah rəisi Məhəmməd Hüseyn Baqerinin təşəbbüsü ilə Azərbaycanın Müdafiə naziri Zakir Həsənov arasında baş tutan telefon danışığının müzakirə mövzusunun məhz bu məsələlər ətrafında olması ehtimal edilir:

“Telefon danışığının sərhəd bölgəsində birgə hərbi təlimləri və digər məsələri əhatə etməsi mümkündür. Eyni zamanda sərhəddə olan qoşunlarla bağlı səslənən fikirlərə də bir daha aydınlıq gətirilmiş olub. Azərbaycanın İsrail, Birləşmiş Ərəb Əmirlikləri və qardaş Türkiyə müdafiə nazirləri arasında olan görüşlərinin də məhz bu telefon danışığında həsas müzakirə mözvzularından olması ehtimalı var. Çünki adətən belə müzakirələr qapalı aparılır. Bu hərbi mövzudur və burada müdafiə və təhlükəsizliklə bağlı bir çox məqamlar var. Belə məsələlərdə tərəflər maksimum dərəcədə çalışırlar ki, məlumatlar qısa və konkret olsun”.

Hərbi ekspert hesab edir ki, İranın bu regionda bir çox məsələlərdə olduğu kimi hərbi əməkdaşlıq məsələsində də aktiv iştirakının olması mümkündür:

“İran tərəfi regionda baş verəcək gərginlikdən narahat olduğunu bəyan etməklə yanaşı, Ermənistanla bağlı məsələlərdə də diqqətdən kənarda qalmamalıdır. Ümumilikdə bu cür təmasları qonşularla daha səmimi və stabil vəziyyəti davam etdirmək üçün edilən təşəbbüs kimi dəyərləndirmək olar”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər