5 Oktyabr 2022 23:12
683
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xocavənd rayonunun Edilli kəndi ərazisində kütləvi məzarlığın aşkar edilməsi Ermənistanın işğalçı ordusunun hərbi cinayətinin növbəti göstəricisidir. 30 ilə yaxın bir müddətdə Azərbaycan xalqına qarşı ermənilər tərəfindən soyqırımı, etnik təmizləmələr, müharibə və insanlıq əleyhinə cinayətlərin törədilməsi bütövlükdə bəşəriyyətə qarşı yönələn qəbuledilməz bir davranışdır.

Bunu Teleqraf.com-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, I Qarabağ müharibəsi zamanı Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələri çoxlu qətllər soyqırım və etnik təmizləmə aparıb: “Əsir düşmüş 25 azərbaycanlının qətlə yetirilməsi və Xocavənd rayonunun Edilli kəndi ərazisində kütləvi məzarlıqda basdırılması insanlıq məvhumunu sarsıdan, insan cəmiyyətinin mənəvi və hüquqi prinsiplərin kobud formada pozulmasıdır. Bununla Ermənistan beynəlxalq humanitar hüququ kobud şəkildə pozub. Müasir beynəlxalq hüququn xüsusi sahəsi olan beynəlxalq münaqişələr hüquqi və ya beynəlxalq humanitar hüquq müharibələr, yaxud hər hansı silahlı münaqişələrdə davranış qaydalarını tənzimləyir. Bu qaydalar döyüş aparılmasının müəyyən üsulları və vasitələrini məhdudlaşdırır və ya qadağan edir. Mülki əhalinin, münaqişədə olan tərəflərin silahlı qüvvələrinə daxil olan yaralıların, hərbi əsirlərin hüquqlarını təmin edir. Ermənistan müharibə qurbanlarının müdafiəsini təmin edən 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların 8 iyun 1977-ci ildə qəbul edilən iki Əlavə Protokolunun iştirakçısı olmasına baxmayaraq bu prinsipləri kobud şəkildə pozub. Bu ölkə 30 il beynəlxalq humanitar hüququn hamılıqla tanınan norma və prinsiplərini pozaraq, öz beynəlxalq-hüquqi öhdəliklərinə etinasız və məsuliyyətsiz münasibət göstərib. Əsirlərin və girov götürülmüş şəxslərin amansızcasına qətlə yetirilməsi və kütləvi məzarlıqda basdırılması ən ağır beynəlxalq cinayətdir. Edilli kəndi ərazisdində aşkar edilmiş kütləvi məzarlıqla bağlı hazırda hüquq-mühafizə orqanları araşdırmalar aparır. Düşünürəm ki, məsələ müvafiq beynəlxalq instansiyalar səviyyəsində qaldırılacaq və Ermənistan törətdiyi ağır hərbi cinayətlərə görə cəzalandırılmalıdır”.

Sevinc Fətəliyeva hesab edir ki, III Cenevrə Konvensiyası - “Hərbi əsirlərlə rəftara dair” Konvensiya, hərbi əsirlərin hüquqlarını, onlarla davranış qaydalarını, əsirlikdən azad olunma qaydasını müəyyən edərək, belə şəxslərin hərtərəfli müdafiəsini təmin edir: “Hərbi əsirlərə münasibətdə əsas beynəlxalq normalardan biri onlarla hər zaman humanist rəftar edilməsidir. Bu normanın tam əksinə erməni tərəfi hərbi əsirlərlə qəddar, qeyri-insani rəftar edib, onlara işgəncələr verərək, qətlə yetirib. Bu günə qədər 3890 itkin düşmüş azərbaycanlı girov və hərbi əsirlərin aqibəti haqqında Ermənistan məlumat verməyərək, öz beynəlxalq öhdəliklərini pozmaqda davam edir. Ermənistandan fərqli olaraq, Azərbaycan hər zaman beynəlxalq humanitar hüquqa sadiqliyini nümayiş etdirib. Azərbaycan beynəlxalq hüquqdan irəli gələn öhdəliklərinə hər zaman sadiqdir. IV Cenevrə konvensiyasının iştirakçısı olan dövlətimiz, humanizm prinsipini rəhbər tutaraq daima beynəlxalq humanitar hüququn normalarına riayət edib, öz daxili qanunvericiliyində onların tam və dolğun implementasiyasını həyata keçirir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər