10 Oktyabr 2022 18:15
878
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukrayna dəhşətli hücuma məruz qalıb. Baş verənlər Krım körpüsünə Rusiyanın cavab reaksiyasıdır. Əslində bu davranış Rusiyaya qarşı daha ciddi qüvvələrin toplanmasına səbəb olacaq. Çünki ruslar mülki əhalinin yaşadığı ərazilərə zərbələr endirir. Məncə, bu, cəzasız buraxılmayacaq”.

Bu fikirləri Teleqraf.com-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

Onun sözlərinə görə, Rusiya cəzasız buraxılmayacaq deyəndə konkret məqamlar nəzərdə tutulur:

“Eynilə Ukrayna da Krım körpüsünə zərbə endirə, Rusiya şəhərlərini vura bilər. İndiyə qədər Avropa və ABŞ Ukraynaya icazə vermirdi ki, Rusiya sərhədlərinə hansısa bir zərbələr endirsin, Rusiya ərazilərini hədəfə alsın. Zənnimcə, bundan sonra Ukraynanın bu haqqı tanınacaq. Üstəlik ona elə məsafəli silahlar veriləcək ki, Rusiyanın dərinliklərini vura bilsin”.

Sərdar Cəlaloğlu ehtimal edir ki, artıq Ukraynanın hüququ olacaq ki, istədiyi yerlərə zərbələr endirə bilsin:

“Əgər Putinin mövqeyinə qalsa, maksimum isyəyir ki, dedikləri yerinə yetirilsin. Ukrayna ərazilərindən imtina etməlidir, ya da müharibəni davam etməlidir. Üstəlik Kiyevin imkanı olmalıdır ki, Rusiya dərinliklərində müharibə apara bilsin. Hazırda Rusiya Ukraynada bunu edir. Ukrayna da Rusiya kimi etməlidir”.

Partiya sədri qeyd edib ki, son hadisələr göstərir ki, Ukrayna-Rusiya müharibəsi növbəti mərhələyə daxil olub:

“Bu o deməkdir ki, Rusiyanın dərinliklərində həm terror, həm təxribat, həm də hücumlar olacaq”.


Müəllif: Nemət

Oxşar xəbərlər