Moskva növbəti sammitin üçtərəfli formatda Rusiya, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə keçirilməsini təklif etmək niyyətindədir.
Teleqraf.com xəbər verir ki, bu barədə çərşənbə günü jurnalistlərə Rusiya Federasiyası prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
“Ümid edirik ki, çox yaxın gələcəkdə bu sammitin keçirilmə tarixlərini razılaşdıra biləcəyik”, - deyə o deyib.