20 Oktyabr 2022 17:30
1 322
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əslində Brüssel platforması çoxdandan mövcuddur və zahirən əldə olunan razılaşmalar, uğurlar da məhz bu platformada əldə edilib. Bu razılaşmaları Fransanın “xüsusi xidməti” kimi təqdim etmək səhv yanaşmadır və ciddi əsasları yoxdur”.

Bu fikirləri Teleqraf.com-a Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə deyib.

O, Fransanın ölkəmizdəki səfiri Zaxari Qrosun “Praqa ruhu”nun yaşaması, Makronun danışıqlarda iştirakı və əldə olunmuş nəticələri az qala Fransanın “xüsusi xidməti” kimi təqdim etməsinin yanlış olduğunu xüsusilə vurğulayıb.

Deputat xatırladıb ki, Fransanın bu prosesdə tərəf olduğu açıq görünür: “Odur ki, danışıqlar prosesində mən Fransanın yerini görmürəm, Paris bu yerini çoxdan itirib. Xüsusilə, Fransa Ermənistanın müttəfiqi və tərəfdaşı olduğu səbəbindən”.

Asim Mollazadə həmçinin Fransa xarici işlər nazirinin açıqlamalarının Praqa razılaşması və əldə olunan müsbət tendensiyaların ruhunu öldürməyə xidməy etdiyi qənaətindədir:

“Fransanın mövqeyi bilavasitə erməni diasporasının mövqeyindən ibarətdir. Bəllidir ki, Fransada çox güclü və zəngin erməni diasporu mövcuddur. Onlar həm qanunvericilik, həm də icra strukturlarına təsir imkanlarına malikdir. Bunun da arxasında nələrin durduğu prinsipcə aydındır. Demokratik ölkələrdə mövcud olan siyasi korrupsiya ortaya çıxır. Belə mövqelər də bu səbəbdən yaranır. Odur ki, əgər Fransa bizim regionumuzda sabitlik və sülhün tərəfdarıdırsa, ümumiyyətlə bu proseslərdə iştirak etməməlidir”.


Müəllif: Nemət

Oxşar xəbərlər