Avropa İttifaqı Şurası yaxın gələcəkdə İrana qarşı sanksiyalar tətbiq edəcək.
Teleqraf.com xəbər verir ki, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel buna səbəb kimi İranın Rusiyaya hərbi yardım etməsini göstərib.
“Rusiyanın Ukraynadakı hərbi kampaniyasına dəstək verən İrana qarşı ildırımsürətli addımlar atdıq. Aİ Şurasının İranda Rusiyaya hərbi dəstək verənlərə qarşı rekord müddətdə sanksiyalar tətbiq etmək qərarını alqışlayıram”, - deyə o izah edib.
ABŞ Dövlət Departamentinin sözçüsü Neyd Prays da qeyd edib ki, bununla bağlı ABŞ da İrana qarşı yeni sanksiyalar hazırlayır.