24 Oktyabr 2022 15:30
593
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Gürcüstan hökuməti regionda sülh siyasətinə və Azərbaycan Prezidentinin Cənubi Qafqazda birgə üçtərəfli müzakirə formatı mexanizminin yaradılmasına dair təklif etdiyi təşəbbüsə bundan sonra da dəstək verməyə tam hazır olduğunu bəyan edir”.

Teleqraf.com xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili oktyabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata birgə bəyanatında deyib.

Onun sözlərinə görə, sürətlə dəyişən və mürəkkəb çağırışlar şəraitində regionun inkişafı və xalqlarımızın rifahı üçün vacib olan sülh və sabitliyə böyük önəm verilir: “Regiondakı mövcud vəziyyətə, Azərbaycan və Ermənistan arasında son dövrdə sülh danışıqları prosesinin başlanmasına dair əldə olunmuş razılaşmaya da toxunduq. Bu, şübhəsiz ki, bizə böyük ümid verir. Burada bir daha təsdiq etmək istərdim ki, Gürcüstan, şəxsən mən və hökumətimiz birlikdə start verdiyimiz sülh siyasətini davam etdirməyə və dəstəkləməyə tam hazır olduğumuzu bəyan edirik”.

Baş nazir eyni zamanda vurğulayıb ki, dinc qonşuluq təşəbbüsü digər əməkdaşlıq formatları ilə ziddiyyət təşkil etmir və ya onları əvəz etmir, əksinə, bu formatlara kömək edəcək: “Birlikdə daha çox mühüm işlər görəcəyimizə inanıram. Cənubi Qafqazda birgə üçtərəfli əməkdaşlıq formatı mexanizminin yaradılması ilə bağlı Praqada səsləndirdiyiniz təşəbbüsü də alqışlayıram”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər