28 Oktyabr 2022 15:23
473
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 28-də xarici işlər naziri Ceyhun Bayramov Meksika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rodriqo Labardinini ölkəmizdəki diplomatik fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib.

XİN-dən Teleqraf.com-a verilən xəbərə görə, nazir Ceyhun Bayramov Azərbaycan və Meksika arasında münasibətlərin inkişafı istiqamətində göstərdiyi səmərəli fəaliyyətə görə səfirə təşəkkür edərək ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli formatlarda mövcud əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Bu xüsusda, Azərbaycan və Meksika arasında BMT və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın vacibliyi diqqətə çatdırılıb.

Nazir Ceyhun Bayramov Azərbaycan və Meksika arasında iqtisadi əməkdaşlığın inkişafı üçün dövlət və özəl sektorun imkanlarından istifadə və bu məqsədlə müvafiq addımların atılmasının əhəmiyyətini vurğulayıb.

Səfir Rodriqo Labardini son illərdə Azərbaycan tərəfindən həyata keçirilən beynəxalq enerji və nəqliyyat layihələrini toxunaraq ölkəmizin regional müstəvidəki rolunun vacibliyini vurğulayıb. Habelə, Azərbaycan və Meksika arasında ticarət sahəsində əməkdaşlığın inkişafı üçün geniş potensialın olduğunu diqqətə çatdırıb.

Görüşdə ikitərəfli münasibətlərin inkişaf perpektivləri, həmçinin regional sülh quruculuğu səyləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Nazir Ceyhun Bayramov səfir R.Labardiniyə ən xoş arzularını çatdırıb və gələcək fəaliyyintə uğurlar arzulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər