Türkiyənin vitse-prezidenti Fuad Oktay Azərbaycana səfər edib
Teleqraf.com xəbər verir ki, Fuad Oktay bu barədə tviter hesabında yazıb.
“Türkiyə və Azərbaycanın Birgə Hökumət İqtisadi Komissiyasının 10-cu Dövr Toplantısını keçirmək və hər sahədə əlaqələrimizi gücləndirmək üçün Azərbaycandayıq”, - Fuad Oktay sosial şəbəkə hesabında qeyd edib.