4 Noyabr 2022 19:14
1 657
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran və Ermənistan indiki halda çalışır ki, Azərbaycana hansısa bir formada təsir etsin. Məqsəd mümkün qədər Azərbaycanın mövqelərinin zəifləməsinə nail olmaqdan ibarətdir. İran eyni zamanda özünün bütün imkanları ilə Zəngəzur dəhlizinin açılmasına maneə olmaq istəyir. Bunun üçün də Tehran rejimi hər yola əl atır.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

O hesab edir ki, özünü müsəlman, İslam dövlətlərinin dostu adlandıran İranın Azərbaycana qarşı mövqeyi heç bir məntiqə əsaslanmır: “Əgər burada söhbət Azərbaycan-Ermənistan arasındakı məsələlərdən gedirsə, İranın nəyə görə bundan narahat olması başadüşülən deyil. İran bu kimi məsələlərdə özünə aid olmayan ərazilərlə bağlı müəyyən iddialar və ittihamlar səsləndirir. Təəsüf ki, Rusiyadan istədiyini ala bilməyən Ermənistan İranla bir mövqedə durmaqla Azərbaycana təsir etmək niyyətinə düşüb”.

Millət vəkilinə görə, İran-Ermənistan cütlüyünün Azərbaycana qarşı mövqeyinin heç bir perspektivi yoxdur: “Azərbaycan öz mövqeyindən heç vaxt geri çəkilməyəcək. Ermənistan və ona havadarlıq edənlərin, eyni zamanda indiki şəraitdə İranın himayəçi roluna baxmayaraq Azərbaycan öz istəklərinə nail olacaq. Məhz bütün bu məkirli qüvvələrin niyyətinə baxmayaraq tarixi Zəngəzur dəhlizinin açılması da mümkün olacaq. İran kimi ölkələr buna maneə ola bilməyəcək”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər