“Hərbi Qənimətlər Parkında Ermənistanın işğal siyasətinin faktları, nümunələri var. Ona görə də Ermənistan tərəfini narahat edir”.
Teleqraf.com xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, işğal dövründə Ermənistan törətdiyi vandalizm aktlarını beynəlxalq ictimaiyyətdən gizlədib: “Ancaq bu parkda onların nümunələri var”.