9 Noyabr 2022 08:00
320
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Vaşinqtonda Azərbaycan və Ermənistan arasında birbaşa danışıqları alqışlayıb.

Teleqraf.com-un məlumatına görə, bu barədə NAT baş katibinin xüsusi nümayəndisi öz "Tviter" səhifəsində yazıb.

"Yaxşı xəbər. Nazirlər Ararat Mirzoyan və Ceyhun Bayramovun yenidən birbaşa danışıqlarda iştirakı ürəkaçandır. NATO Cənubi Qafqazın sabitliyi və rifahının açarı olan Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasını dəstəkləyir və ABŞ-ın bu istiqamətdə səylərini alqışlayır", - deyə o bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər