10 Noyabr 2022 12:21
1 383
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əgər siz Azərbaycanla münasibətləri müsbət istiqamətdə aparsanız, Türkiyə olaraq bizim də Ermənistanla münasibətlərimiz müsbət istiqamətdə gedəcək”.

Teleqraf.com xəbər verir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi məsələsinə münasibət bildirərkən deyib.

“Əgər siz Azərbaycanla münasibətləri müsbət istiqamətdə aparsanız, Türkiyə olaraq bizim də Ermənistanla münasibətlərimiz müsbət istiqamətdə gedəcək. Biz sizdən bunu gözləyirik. Biz bunu həm dar çərçivədə, həm də nümayəndə heyətləri arasında onlara aydın və birmənalı şəkildə bildirmişik. Hələ ki, bu mərhələyə çatdığını deyə bilmərəm. Çünki həm Fransada, həm də Amerikada diasporlar davamlı olaraq bunun əleyhinə işləyirlər. Mənfi fəaliyyətlər bu prosesə mənfi təsir göstərir.

Bu diasporların mənfi işini kim müsbət istiqamətə çevirəcək? Onun Ermənistan hökuməti olduğuna şübhə yoxdur. Əgər buna nail ola bilsələr, bizim perspektivimiz də müsbət istiqamətdə dəyişəcək. Bu baxımdan düşmənçilik etməyə yox, dostluq etməyə çalışırıq. Gözləntimiz budur ki, Ermənistan rəhbərliyi buna nail olsa, həm Laçın, həm də Zəngəzurla bağlı Azərbaycanla atacaqları addımlar bizim atacağımız addımlara müsbət təsir göstərəcək”, - Türkiyə lideri bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər