11 Noyabr 2022 16:36
513
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan beynəlxalq axtarışa verdiyi vətəndaşlarının İran tərəfindən bu ölkədə məskunlaşmalarına şərait yaradılmasına görə etiraz edib.

Teleqraf.com xəbər verir ki, etiraz bu gün Xarici İşlər Nazirliyinə çağırılan İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvinin diqqətinə çatdırılıb.

Azərbaycanın Konstitusiya quruluşunun əsaslarına qarşı cinayət törətmiş və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilmiş Azərbaycan Respublikasının vətəndaşlarının İranda məskunlaşmalarına şərait yaradılmasının qəbuledilməzliyi və cinayətkarların təhvil verilməsinin zəruriliyi bir daha qeyd olunub.

Azərbaycan Respublikasında separatçılığı qızışdıran və cinayət təqibindən yayınaraq digər ölkələrdə gizlənən şəxslərin İran səfirliklərində qəbul edilməsinin qeyri-dost addım olduğu bildirilib.

Qeyd edək ki, noyabrın 11-də İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Xarici İşlər Nazirliyinə çağırılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər