14 Noyabr 2022 17:31
594
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran qonşuluğunda müstəqil, güclü və qüdrətli Azərbaycanın olmasını istəmir. Ona görə də İran ölkəmiz ikinci dəfə öz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycana qarşı məkirli siyasət yürüdüb. 30 il erməni işğalına, Azərbaycan ərazilərində İslam dəyərlərinin dağıdılmasına, məhv edilməsinə, təhqirə məruz qalmasına biganə yanaşayan İran Ermənistanı himayə edir. 44 günlük Vətən müharibəsi dövründə də İran Ermənistanın döyüş meydanında biabırçı məğlubiyyətinə görə narahat idi. Çünki İran 30 illik işğal dönəmində bu ərazilərdən silah qaçaqmalçılığı, narko-tranzit kimi istifadə edib.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Onun fikrincə, bu günlərdə yenidən Dövlət Təhlükəsizlik Xidmətinin İranın casus şəbəkəsinin ifşası haqda açıqlaması bu ölkənin Azərbaycana qarşı olan niyyətinin açıq göstəricisidir:

“Son həftə ərzində İran casus şəbəkəsinin ifşasına dair bir neçə faktın açıqlanması göstərir ki, Tehran ölkəmizə qarşı açıq düşmənçiliyə keçib. Molla rejimi özünün bütün çirkin niyyətlərinə sadiq qalaraq Azərbaycana qarşı aqressiv siyasət aparır. Özünü İslam dəyərlərinin qoruyucusu adlandıran bir ölkə məscidləri, minarələri dağıdan, müqəddəs yerlərdə donuz saxlayan Ermənistana qucaq açır. 30 illik erməni işğalı dönəmində də İran bu ərazilərin talanmasında, yağmalanmasında yaxından iştirak edib”.

Deputat hesab edir, Ermənistanı açıq şəkildə himayədarlıq edən İran özünün əsl xislətini nümayiş etdirir:

“44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilən tarixi Zəfərdən sonra İran Azərbaycana qarşı qərəzli ritorika sərgiləməyə başlayıb. Bu gün İranın Ermənistanla “qardaşlığı”, “dostluğu” sadəcə olaraq ikrah doğurur. Çünki İran terrorçunu, işğalçını, islam dəyərlərini, məscidlərini dağıdan təhqir edən bir ölkəni açıq şəkildə dəstəkləməklə özünün əsl mahiyyətini nümayiş etdirir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər