24 Noyabr 2022 23:32
373
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq münasibətlər sistemi ciddi transformasiya mərhələsindədir.

Teleqraf.com xəbər verir ki, bu sözləri xarici işlər naziri Ceyhun Bayramov “Orta dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, sabitliyə, təhlükəsizliyə və rifaha nail olmaq üçün geosiyasi rəqabət mentaliteti əvəzinə qarşılıqlı faydalı əməkdaşlıq gündəliyinə köklənmək vacibdir.

“44 günlük Vətən müharibəsindən sonra post-münaqişə dövründə regionda bir sıra çağırışların mövcudluğuna baxmayaraq, əməkdaşlıq və dayanıqlı sülhün bərqərar edilməsi üçün yeni imkanlar yaranıb, Azərbaycan 30 illik işğalın ağır nəticələrinə baxmayaraq, sülh gündəliyinin irəli aparılması üçün mühüm addımlar atır. Lakin Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi, davamlı təxribatlar törətməsi prosesə xələl gətirir. Bu gün Azərbaycan işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparır. Bu istiqamətdə görülən işlərə maneə törədən ən mühüm amillərdən biri mövcud mina təhlükəsidir. 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatda nəzərdə tutulduğu kimi, Ermənistan silahlı qüvvələrini Azərbaycan ərazilərindən tam olaraq çıxarmayıb və Azərbaycan ərazilərində müxtəlif hərbi fəaliyyətləri, o cümlədən minaların yerləşdirilməsini davam etdirir. Ermənistana təzyiq göstərilməsi və problemin öz həllini tapması istiqamətində beynəlxalq ictimaiyyətin dəstəyinə ciddi ehtiyac var”,- deyə Ceyhun Bayramov bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər